sehiyye.info

"Sputnik V" peyvəndinin Azərbaycanda istehsalı ilə bağlı danışıqlar aparılır - LAVROV

"Sputnik V" peyvəndinin Azərbaycanda istehsalı ilə bağlı danışıqlar aparılır - LAVROV
“Rusiya və Azərbaycan Səhiyyə Nazirlikləri respublika ərazisində “Sputnik V” peyvəndinin istehsalı ilə bağlı əsaslı dialoq aparırlar”.

Sehiyye.info TASS-a istinadla xəbər verir ki, bunu bazar ertəsi Rusiya Xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söyləyib.

“Koronavirus infeksiyasına qarşı mübarizədə daha təsirli əməkdaşlığı təmin etmək üçün səmimi istəklərimizi vurğulamaq istəyirəm. Elə bir gün əvvəl “Sputnik V” peyvəndinin ilk partiyası Azərbaycana gəldi. Bu ay daha da böyük bir partiyanın olacağı gözlənilir”, – Rusiya XİN rəhbəri bildirib.

Qeyd edək ki, Rusiyanın istehsal etdiyi “Sputnik V” peyvəndi ümumi əhalisi 3 milyarddan çox olan 61 ölkədə qeydiyyata alınıb. 5 dekabr 2020 – 31 mart 2021 arasında peyvəndin hər iki komponenti ilə vaksinasiya olunmuş ruslar arasında koronavirus xəstəliyinə yoluxma hallarına dair məlumatların analizinə əsasən dərmanın effektivliyi 97,6 % təşkil edir.//konkret.az



REKLAM