Azərbaycanda nə qədər şizofren var? - RƏSMİ
2018-ci ildə Azərbaycanda ilk dəfə qeydə alınmış psixi xəstələrin sayı 3974 nəfər olub.
Sehiyye.info xəbər verir ki.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bura psixoaktiv maddələrin qəbulu ilə bağlı psixi pozuntu halları daxil deyil.
Belə ki, 2018-ci ildə Azərbaycanda 586 nəfərə şizofreniya diaqnozu qoyulub. Bundan başqa, 87 nəfərdə affektiv pozuntular, 370 nəfərdə stresslə bağlı və somotoform nevrotik pozuntular qeydə alınıb.
Həmçinin, 1459 nəfərdə əqli gerilik, 128 nəfərdə epilepsiya nəticəsində yaranan psixi pozuntular, 166 nəfərdə isə şəxsiyyət və davranış pozuntuları aşkarlanıb.
Ötən il 17033 şizofreniya xəstəsi, 2114 nəfər affektiv pozuntular yaşayan şəxs, 10119 nəfər stresslə bağlı və somotoform nevrotik pozuntulu şəxs, 30991 nəfər əqli gerilikdən əziyyət çəkən şəxs müalicə-profilaktika müəssisələrində dispanser müşahidəsində qeydiyyata alınıb.
Həmçinin, epilepsiya nəticəsində yaranan psixi pozuntulu 6197, şəxsiyyət davranış pozuntulu 6880 nəfər müalicə-profilaktika müəssisələrində dispanser müşahidəsinin siyahısında olub.
Dövlət Statistika Komitəsi bildirib ki, 2019-cu il üzrə məlumatlar 2020-ci ilin may ayında hazır olacaq.