sehiyye.info

Antalyada uşaq ürək cərrahiyəsi və kardiologiyasında dünyada tətbiq olunan yeniliklər müzakirə olundu

Antalyada uşaq ürək cərrahiyəsi və kardiologiyasında dünyada tətbiq olunan yeniliklər müzakirə olundu
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət Idarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov beynəlxalq konqresdə iştirak ermək üçün Türkiyənin Antalya şəhərinə səfərdə olub.

Konfrans çərçivəsində Rəşad Mahmudov Türk Pediatrik Kardioloji və Ürək Damar Cərrahiyəsi Dərnəyinin başkanı N.Kürşat Tokel lə yanaşı, ölkənin nüfüzlu elm xadimləri, eləcə də Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkimlərlə görüşüb.

Keçirilən elmi tədbirin, görüşlərin əsas məqsədi uşaq ürək cərrahiyəsi və kardiologiyasında dünyada tətbiq olunan yenilikləri müzakirə etmək, gələcək perspektivlər haqqında fikir mübadiləsi aparmaq, eləcə də ölkəmizdə başlamış səhiyyə islahatları ilə bərabər bu sahənin daha da inkişafına və təkmilləşməsinə töhfə verməkdən ibarət olub.

10 mart 2022-ci il tarixindən start verilmiş konqres 13 mart 2022-ci il tarixinədək davam edəcək.



REKLAM