Cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada bir ilkə imza atdı
![]()
Azərbaycanlı cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada ilkə imza atıblar.
Sehiyye.info xəbər verir ki, cərrahlar Mərkəzi Gömrük Xəstəxanasında keçirdikləri eyni seansda 5 yaşlı uşağın işləyən ürəyində baypass əməliyyatı keçirib. Bundan başqa, həmin uşağa canlıdan canlıya qaraciyər transplantasiyası gerçəkləşdiriblər.
Qeyd edək ki, Milli Məclisin V çağırış deputatı olan Rəşad Mahmudov Dokuz Eylül, Mircəlal Kazımi isə Ege Universitetində təhsil alıb. Mahmudov karyerası ərzində 8 min ürək əməliyyatı, 500 transplantasiya keçirib.Publika.az