Məşhur həkimdən spirtli içkilər barədə ŞOK XƏBƏRDARLIQ: Bu insanlarda...
Spirtli içki qəbul edən zaman, onun tərkibindəki alkoqol alkoqol-dehidrogenaza (ADH) fermentinin təsirindən asetilaldehidə çevrilir, bu da öz növbəsində asetilaldehid-dehidrogenaza (AsDH) fermentinin təsirindən sirkə turşusuna çevrilir. Gəlin bu fermentlərin aktivliyi ilə bağlı bir neçə variantı nəzərdən keçirək. Tutaq ki, sizdə genetik olaraq hər iki ferment kifayət qədər aktivdir. Bu zaman qəbul edilən alkoqol dərhal sirkə turşusuna çevriləcək və o da öz növbəsində karbon qazı və suya parçalanacaq. Bu cür adam çoxlu spirtli içki qəbu etsə də, demək olar ki, sərxoş olmur və alkoqolun mənfi təsirlərı yaranmır.
Sehiyye.info xəbər verir ki, bu sözləri həkim-nevroloq Qalib Əsədov feysbukda yazıb. Həkim qeyd edib ki, spirti içki qəbul etdikcə qanda toksik birləşmə olan asetilaldehidin miqdarı getdikcə artır.
“Təsəvvür edək ki, sizdə ADH yaxşı işləyir, AsDH-nin isə aktivliyi zəifdir. Bu zaman spirti içki qəbul etdikcə qanda toksik birləşmə olan asetilaldehidin miqdarı getdikcə artır. Bu zaman zəhərlənmə baş verir, baş ağrısı, ürəkbulanma, qusma kimi əlamətlər əmələ gəlir. Əgər AsDH çox pis işləyirsə, alkoqolun kiçik dozası belə onun zəhərlənməsinə səbəb ola bilər. Belə adamlar heç vaxt alkoqoldan asılı vəziyyətə düşmürlər və spirti içki qəbul etməməyə çalışırlar.
ADH fermentinin pis işləməsi zamanı isə alkoqolun hətta kiçik dozası belə beyində ciddi dəyişikliklərin yaranmasına səbəb olur, Dopamin sistemi aktivləşir, eyforiya yaranır. Asetilaldehid isə demək olar ki, yaranmır. İnsan spirtli içki qəbulundan məmnun qalır və məhz bu variant insanda alkoqolizmin yaranmasına səbəb olur”.
//publika