İstidə spirtli içki içməyin dəhşətli nəticələri
İsti havada həkimlər qəti şəkildə spirtli içkilərdən uzaq durmağı məsləhət görürlər.
Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Narkoloq Vasili Şurov bunun nəticələri barədə danışıb.
“Alkoqol yelləncək kimi işləyir, yəni əvvəlcə qan damarlarını genişləndirir, sonra kəskin spazm verir və insanlarda işemiya yaranır. Alkoqol qanın laxtalanmasını pozur və müxtəlif orqanlarda tromblaşma yaradır” , - həkim qeyd edib.
Mütəxəssis qeyd edib ki, istidə spirtli içki qəbul etmiş bir insanda sudurqa, qıcolma baş verir, təzyiq qalxır. Vəziyyət ağırlaşırsa, təcili yardım çağırılmalıdır.//publika