sehiyye.info

Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar - RİSK QRUPU

Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar - RİSK QRUPU
Siqaret və spirtli içki aludəçıləri özlərini yeni növ koronavirusa yoluxma riskinə məruz qoyurlar.

Bu barədə Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Dyomin “Parlamentskaya Gazeta”ya müsahibə verib.

Mütəxəssisin sözlərinə görə, alkoqol bədənin təhlükəli infeksiyaya qarşı mübarizəsində “ağırlaşdırıcı” rol oynayır. Alkoqolun virusdan qorunma qabiliyyəti barədə təsdiqlənmiş məlumatlar mövcud deyil. Ümumdünya Səhiyyə Təşkilatı siqaretlə bağlı eyni fikirdədir.

“Bir çox siqaret çəkənlərin immun ehtiyatları infeksiyaya yoluxmazdan əvvəl tükənmiş olur. Buna görə də, xroniki xəstələr, yaşlılarla birlikdə siqaret çəkənlər və spirtli içki içənlər də koronavirusa yoluxma baxımından risk qrupuna aid edilə bilər”, - deyə, professor qeyd edib.

Eyni zamanda, mütəxəssis pandemiyanın başlanğıcında siqaret və alkoqolu “qurtuluş və virusdan qorunma” olaraq tövsiyə edənləri kəskin şəkildə tənqid edib:

“İstənilən alkoqol qəbulu ağciyərlərə zərər verir, qaraciyərdə zəruri maddələrin sintezini pozur. Bunlar isə bədəndəki zərərli maddələri zərərsizləşdirməli olan iki “sistem”dir”.



REKLAM