sehiyye.info

Ən təhlükəli spirtli içki hansıdır?-Alimlər açıqladı

Ən təhlükəli spirtli içki hansıdır?-Alimlər açıqladı
Ən təhlükəli spirtli içki pivədir.

Sehiyye.infonun məlumatına görə, bu barədə rusiyalı narkoloq, tibb elmləri doktoru Daniel Pokrovski açıqlama verib. Onun sözlərinə əsasən, məhz pivə sağlamlıq üçün ən böyük təhlükədir. Alim qeyd edib ki, pivənin tərkibindəki alkoqol ən təhlükəsiz maddədir. Pivənin tərkibindəki ən təhlükəli maddələr köpük, rəng və dadıdır.

Narkoloqun sözlərinə əsasən, bu üç maddə insan sağlamlığı üçün ən təhlükəli birləşmələrdən sayılır. O, qeyd edib ki, 375 ml-lik pivə şüşəsində sutkalıq kobalt dozası var və bu, ürək üçün təhlükəlidir. Pivənin tərkibindəki metallar ürəyin piylənməsinə və kardiopatiyaya səbəb ola bilər.
Bununla yanaşı, narkoloq ən təhlükəsiz spirtli içkinin də adını çəkib. Onun fikrinə görə, qırmızı şərab ən təhlükəsiz içkidir. Çünki tərkibində çoxsaylı mikroelementlər və vitaminlər var.365.az



REKLAM