sehiyye.info

“Omikron” ilk dəfə vəhşi heyvanlarda tapıldı

“Omikron” ilk dəfə vəhşi heyvanlarda tapıldı
ABŞ-ın Nyu-York ştatında marallar üzərində aparılan araşdırmada COVID-19-un “Omikron” variantının tapıldığı bildirilib.

Nyu-York şəhərində 131 maraldan təxminən 20-də koronavirusun “Omikron” variantı aşkar edilib.

Qeyd olunub ki, bu tədqiqatla ilk dəfə “Omikron” vəhşi heyvanlarda tapılıb.

“Omikron”un marallarda tapılması ilə əlaqədar heyvanların potensial olaraq COVID-19-u insanlara ötürə və yeni mutasiyalara səbəb ola biləcəyinə dair suallar yaranıb. Hələ ki, bu suallara aydınlıq gətirilməyib.

Tədqiqatçılar virusun çirkab suları və ya meşə yanğınları kimi səbəblərdən insanlardan marallara keçə biləcəyini deyiblər.


//oxu.az



REKLAM