sehiyye.info

"Omikron"un COVID-19-dan fərqli 5 SİMPTOMU

"Omikron"un COVID-19-dan fərqli 5 SİMPTOMU
Alimlərin sözlərinə görə, koronavirusun ən mutasiyaya uğramış ştamı kimi tanınan "omikron"un simptomları orijinal COVID-19-dan çox fərqlidir.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin rəsmi internet saytında yüksək hərarət, davamlı öskürək, qoxu və dadbilmənin itməsi kimi ənənəvi simptomlar göstərilib və bu əlamətləri olan şəxslərdən PCR testindən keçmək xahiş edilib. Lakin araşdırmalar göstərir ki, "omikron" variantının 5 fərqli simptomu var.

"Omikron"u ilk aşkar edən alim Anjelika Kutzi bildirib ki, simptomlar arasında boğaz ağrısı yerinə qaşınma, quru öskürək, həddindən artıq zəiflik, yüngül əzələ ağrıları və gecə tərləmələri yer alır. Alimin sözlərinə görə, "omikron" variantının simptomları COVID-19 virusundan fərqlidir. Kutzi Afrika Səhiyyə Nazirliyi tərəfindən keçirilən iclasda gecə tərləmələrinin "omikron"un ən ciddi simptomu olduğunu qeyd edib.//publika



REKLAM