sehiyye.info

"Delta" və "omikron" ştamlarının hibridi aşkar edilib

"Delta" və "omikron" ştamlarının hibridi aşkar edilib
Kiprdə "Delta" və "Omikron" ştamlarının hibridi olan koronavirusun yeni variantı Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasında çalışan bir qrup yerli alim tərəfindən aşkar edilib.

Sehiyye.info xəbər verir ki, laboratoriyanın rəhbəri Leontios Kostrikis jurnalistlərə bildirib ki, tədqiqatçılar ona "deltakron" adını veriblər.

Onun sözlərinə görə, yeni variantın da delta ştamı kimi genetik əsası var, lakin eyni zamanda onun bir sıra mutasiyaları omikron ştamı ilə eynidir.

"Biz əvvəllər yalnız omikron ştamı ilə yoluxma halları zamanı aşkar edilmiş xeyli sayda mutasiya tapmışıq", - virusoloq bildirib. O, əlavə edib ki, "Omikron" ştamında 30 mutasiya var və onlardan 10-u Kiprdə götürülmüş nümunələrdə müəyyən edilib.//publika



REKLAM