sehiyye.info

Nazirlik: “İstifadə müddəti bitmiş “Pfizer/Biontech” peyvəndləri bir həftə əvvəldən geri yığılıb”

Nazirlik: “İstifadə müddəti bitmiş “Pfizer/Biontech” peyvəndləri bir həftə əvvəldən geri yığılıb”
“Dekabrın 31-də istifadə müddəti bitmiş “Pfizer/Biontech” peyvənd dozaları utilizasiya üçün bir həftə öncədən geri yığılıb”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.


Qeyd olunub ki, hazırda peyvənd məntəqələrində tətbiq olunan vaksinlər yeni istifadə müddəti olanlardır.

Qeyd edək ki, Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılmışdı.

Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyətı qurumlara məktub göndərilmişdi. Bununla Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılmışdı.

Hazırda tətbiq olunan “Pfizer/Biontech” peyvəndlərinin istifadə müddəti isə mart ayının 22-dəkdir.



REKLAM