sehiyye.info

“Pfizer/BioNTech” vaksinindən ŞAD XƏBƏR

“Pfizer/BioNTech” vaksinindən ŞAD XƏBƏR
“Pfizer/BioNTech” vaksini koronavirusun mutasiyaya uğramış variantına qarşı da effektivdir.

Sehiyye.info xəbər verir ki, bu istiqamətdə “Pfizer” ilə ABŞ-ın Texas Universitetinin həkimləri tərəfindən aparılan araşdırmalar başa çatıb.

Məhdud olan ilkin informasiyaya görə, vaksin Britaniya və Cənubi Afrika ştammına qarşı işə yarayır.

“Pfizer”in vaksin üzrə mütəxəssislərindən biri Pil Dormitzer insanlardan götürülən qan analizlərini incələdiklərində vaksinin 15 müxtəlif mutasiyaya qarşı effektiv olduğunu aşkarladıqlarını deyib.

Araşdırmaçılar vaksinin başqa mutasiyalara qarşı effektiv olub-olmadığını görmək üçün qarşıdakı həftələrdə analizlər aparacaq.

Qeyd edək ki, koronavirusa qarşı hazırlanan vaksinlərin onun mutasiyaya uğramış variantı əleyhinə mübarizə aparıb-apara bilməyəcəyinə dair qlobal təşviş vardı.//publika



REKLAM