80 min doza Pfizer vaksini məhv ediləcək
İsrail son istifadə tarixi bitmək üzrə olan 80 min COVID-19 vaksinini məhv edəcək.
Sehiyye.info xəbər verir ki, məhv ediləcək vaksinlər BioNTech-Pfizer şirkətlərinin vaksinləridir.
Bundan əlavə, İsrail son istifadə tarixi bitməyə yaxınlaşan 700 min doza BioNTech-Pfizer vaksinini müqavilə əsasında Cənubi Koreyaya verib.
Müqaviləyə əsasən, Cənubi Koreya sentyabr-oktyabr aylarında BioNTech-Pfizer şirkətinə məxsus vaksindən 700 min doza İsrailə verəcək.//teleqraf