sehiyye.info

Məşhur həkim YANVARDA Azərbaycanı gözləyən vəziyyəti açıqladı - VİDEO

Məşhur həkim YANVARDA Azərbaycanı gözləyən vəziyyəti açıqladı - VİDEO
“Əldə edilən məlumatlara əsasən, “omikron” ştamı əvvəlki mutasiyalardan fərqli olaraq yüngül formalıdır, qanda oksigenin azalmaması, yəni saturasiyanın aşağı düşməməsi ilə müşahidə olunan xəstəlik olacaq. Əksər hallarda hospitalizasiyaya ehtiyac olmayacaq. Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır, xəstəxanaya o qədər çox insan düşməyəcək, təbii ki, bəzi hallar istisna olmaqla. Lakin yoluxduruculuq dərəcəsi yüksək olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, səhiyyə sistemini iflic vəziyyətə qoyacaq”.

Sehiyye.info xəbər verir ki, bu sözləri tanınmış həkim-pulmonoloq Eldar Zeynalov deyib. Həkim bildirib ki, “omikron” ştamı ilə bağlı təzadlı fikirlər mövcuddur:

“Yumşaq getməsi və geniş yayılması məsələsi var. Təhlükəli olan əslində “omikron” deyil, “delta” və “delta plus” ştamının tam yox olmaması məsələsidir. Nisbətən təhlükəli demikron ola bilər. Bu, ayrı bir ştam deyil. Demikron “delta” ilə “omikron” virusunun eyni zamanda insana yoluxmasıdır, iki virusun birdən insan orqanizminə daxil olması deməkdir. Odur ki, burada istər-istəməz vaksinasiyaya daha çox üstünlük verilir. Operativ Qərargahın brifinqdə vaksinasiya xüsusilə vurğulandı. Bu, vacib məsələlərdən biridir. “Omikron” yüngül olduğuna görə alimlər onu virusun və pandemiyanın sönməsinin müjdəçisi adlandırırlar. “Omikron” mutasiyasından sonra yeni virusun gəlmə ehtimalı çox aşağıdır. Təxminən yaz aylarının sonu, yay aylarının əvvəlində maskalardan qurtulmaq və normal həyata qayıtmağımız, ümumiyyətlə, pandemiyanın yekunu görünür”.

Pulmonoloq qeyd edib ki, pandemiyanın başa çatması üçün vaksinasiya mühüm şərtlərdən biridir: “2022-ci ildə vaksinasiya güclənib yekunlaşmağa doğru getməlidir, tam vaksinasiya olunmalıyıq. Yeni preparatlar qəbul olunub. Onlar hazırda testdən keçirilir. Gələn kimi əhaliyə məlumat veriləcək və istifadə olunma məsələsi gündəmdə olacaq. Əlimizdə olan preparatların əksəriyyəti bu viruslara qarşı geniş təsir göstərə bilmədiyi üçün nisbətən daha yeni müalicə protokolları hazırlanır. Təbii ki, dünya üzərində kliniki tədqiqat aparılır.//publika



REKLAM