sehiyye.info

“Mü” ştammı Azərbaycanda epidemioloji vəziyyəti dəyişəcək? - Həkim AÇIQLADI

“Mü” ştammı Azərbaycanda epidemioloji vəziyyəti dəyişəcək? - Həkim AÇIQLADI
“Mü” ştammı Türkiyədə 2 nəfərdə tapılıbsa, böyük ehtimalla Azərbaycanda da yayılacaq. Lakin onun olub-olmadığını müəyyən etmək üçün virusların genetik analizi mütləqdir. Əslində, bu ştamm çoxdan var idi, sadəcə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən narahatedici ştamm kimi qeydə alınmamışdı. “Delta” daha təhlükəli ştamm idi. “Mü” ştammı son günlərdə artıb deyə haqqında daha çox danışılmağa başlanıb.

Sehiyye.info xəbər verir ki,bu sözləri Publika.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

O bildirib ki, koronavirusun 24-dən çox ştammı mövcuddur: “Yaxın gələcəkdə yeni-yeni ştammlar barədə danışılacaq. Bunlar hamısı koronavirusun bir növü olduğu üçün ümumi gediş xüsusiyyətləri və vaksinə qarşı cavab vermə qabiliyyətləri eynidir. “Mü” ştammının qorxulu tərəflərinin olduğunu düşünmürəm. Yeni-yeni ştammların çıxması yaxşıdır, çünki bu, virusun orqanizmə öyrəşməsi deməkdir.



Bir ay sonra başqa bir ştamm gündəmə gələcək. Qeyd etmək lazımdır ki, bu ştammlar orijinal koronavirus ştammından təhlükəli olmayacaq. Yoluxduruculuq qabiliyyətlərində sözsüz ki, fərqlər olacaq. “Delta”nın yoluxduruculuq qabiliyyəti də yüksək idi, lakin patogenliyi koronavirusun Uhan variantından yüksək deyil, bu, daha mülayim şəkildə gedir.

“Mü” ştammı “delta” qədər yoluxucu deyil, patogenin virulentliyi barədə də qorxulu demək olmaz. Hazırda alimlər bu ştammın xüsusiyyətlərini araşdırır. Hesab edirəm ki, vaksinasiya yeni ştammların yaranmasının qarşısını alır. Odur ki, vəziyyətin tədricən düzəlməyə doğru getdiyinə ümid edə bilərik”.



REKLAM