sehiyye.info

"“Omikron” ştamına bu peyvəndlər daha çox təsir edir - Mütəxəssislərdən XƏBƏRDARLIQ

"“Omikron” ştamına bu peyvəndlər daha çox təsir edir - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Böyük Britaniyanın səhiyyə orqanları xəbərdarlıq ediblər ki, COVID-19 peyvəndinin iki dozası "Omikron” mutasiyasının yayılmasının qarşısını almaq üçün kifayət deyil.

Arasdırma.info xəbər verir ki, İngiltərədə Covid-19-un Omikron və Delta mutasiyaları ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrinə görə, peyvəndlərin Omikronu dayandırmaqda Deltadan daha az təsirli olduğu ortaya çıxıb. Bununla belə, tədqiqatda gücləndirici doza kimi tanınan üçüncü peyvəndin virusa qarşı təxminən 75 faiz qorunma təmin etdiyi bildirilib.

Araşdırmada 581 Omikron xəstəsi və minlərlə Delta mutasiyasına yoluxan şəxslərdən əldə edilən məlumatlara görə, bu mutasiyalara "Oxford-AstraZeneca" peyvəndi və "Pfizer/BioNTech" peyvəndinin daha çox təsir etdiyi bəlli olub.//sfera



REKLAM