Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır
Dünyanın ən bahalı qidası olan ağ trüf göbələyinin kiloqramı 11 min dollar satılır.
Sehiyye.info xəbər verir ki, bu dəbdəbəli məhsul bahalı inqrediyentlərə öyrəşmiş restoranlar üçün də çox baha başa gəlir.
İtaliyadan ağ yerdombalanı tədarük edən “Urbani Truffles USA” adlı şirkətinin direktoru Vittorio Qiordano qiymətin sürətlə artdığını deyib: “Hazırda ağ yerdombalının bir funtunun (təxminən 0,45 kq) qiyməti 4 min 500 dollar civarındadır. 2019-cu ildə 1 funt 1100-1200 dollar arasında idi".
Bu nəhəng qiymət artımının lüks restoranların müştərilərinə də təsir edəcəyi gözlənilir.
Bu növ göbələyin bahalı olmasının səbəbi mövsüm və saxlanma müddətinin qısa olmasıdır. Bəzi yerlərdə bu göbələk itlə axtarılır. Çox məhdud bir ərazidə becərilir. Şəhərləşmə və iqlim dəyişikliyi bu göbələyin istehsalını çətinləşdirib.
İtaliyanın şimalında yazın quraq keçməsi məhsuldarlığı xeyli azaldıb. Bundan əlavə, yerli şərab istehsalının artması səbəbindən üzüm bağları göbələklərin ənənəvi yaşayış yerini qəsb edib.//teleqraf