sehiyye.info

3500 avroya satılan dombalan göbələyi

3500 avroya satılan dombalan göbələyi
Hər il aprel ayında bazarlarda satışa çıxarılan dombalan göbələyi Azərbaycanın əsasən Gəncə və Goranboy bölgələrində yetişir.

Sehiyye.info xəbər verir ki, .com-un məlumatına görə, dombalan Avropada ən bahalı satılan bitkilər siyahısındadır. Göbələyin 1 kiloqramının qiyməti təxminən 200-3500 avro arasında dəyişir. Qara kürüdən sonra dünyada ən bahalı qida sayılır. Digər ölkələrlə müqayisədə Azərbaycanda qat-qat daha ucuzdur.

Dombalan göbələyinin çox valehedici ətri var. Göbələyin çox gözəl qoxusu olduğundan yeməklərin yağına qataraq istifadə edirlər. Bunu əldə edə bilməyən işbaz restoranlar dombalanın sintetik üsulla alınmış ətrindən istifadə edirlər.

Dombalan göbələyinin faydaları nələrdir?

Dombalan cinsi gücü və immuniteti artırır, xərçəngdən qoruyur, orqanizmi cavanlaşdırır, sinir sisteminə müsbət təsir edir, vaxtından əvvəl qocalığın qarşısını alır. Dombalan göbələyi demək olar ki, bu gün bilinən bütün B vitaminlərinin ən zəngin mənbəyidir. B vitamin qrupu dərinin gənc qalması və cildin düzgün həyat proseslərindən məsuldur. Göbələyin kosmetika sənayesində də böyük rolu var.



REKLAM