Çin hökuməti köç edən fillərə görə milyonlarla dollar ziyana düşüb
Çinin Yunnan əyalətinin 150 mindən çox sakini bu ərazilərə köç edən fil sürüsünə görə təxliyə edilib.
Bu barədə “Xinhuanet” agentliyi məlumat yayıb.
Fillər aprelin 16-dan etibarən 1,3 min kilometrdən çox məsafə qət ediblər.
Yerli sakinlər onların yaxınlaşması zamanı müvəqqəti köçürülüblər.
Filləri yerdən və havadan pilotsuz uçuş aparatları ilə müşahidə ediblər.
Nəhəng heyvanları müşahidə etmək üçün 25 min nəfərdən çox polis əməkdaşı, 973 pilotsuz təyyarə, 15 mindən çox təcili yardım avtomobili cəlb edilib.
İlkin hesablamalara görə, fillərin turu Çin hökumətinə milyonlarla dollar vəsaitə başa gəlib. //oxu