Kəndlidən “su qiymətinə” alınan payızın sevimli meyvəsi “od qiymətinə” satılır - FOTO
Zaqatalada yetişdirilən meyvələrdən biri də xurmadır. Burada tədarük olunan xurma yerli və xarici bazarlara çıxarılır.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda məhsulun bolluğu bazardakı qiymətə təsir etməyib.
Ağacın böyüklüyündən asılı olaraq, hər ağacdan 250 kiloqrama yaxın məhsul yığan sakinləri daha çox qiymətinin aşağı olması və alıcının yoxluğu narahat edir.
Dənə halında yığılaraq yeşiklərə düzülən xurma, əsasən, Rusiya, Ukrayna bazarlarına ixrac olunur. Alıcılar tərəfindən seçilən xurmanın yerdə qalanını isə bağ sahibləri qabığını soyub qurudaraq satışa çıxarır. Qiymətlərə gəldikdə, yaş xurmanın 1 kiloqramı 15-20 qəpiyə satılır, qurudulmuş xurmanın bir kiloqramı isə 1.50-2 manatdır.
Məhsulun bolluğuna baxmayaraq, yerli bazarda xurmanın qiyməti 70 qəpik və 1.20 arası dəyişir.