sehiyye.info

Rusiyada ailənin üç üzvü ilk peyvənddən sonra ÖLDÜ

Rusiyada ailənin üç üzvü ilk peyvənddən sonra ÖLDÜ
Krasnodarda bir ailənin üç üzvünə COVID-19 peyvəndinin ilk dozası vurulduqdan sonra ölüblər.

Sehiyye.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıv.

Qeyd olunub ki, prosedurdan 10-12 gün sonra onlara koronavirus infeksiyası diaqnozu qoyulub.

Səhiyyə naziri Mixail Muraşko bu işlə bağlı mediada yer alan məlumatları yoxlamağı tapşırıb.

Cütlük və onların yaşlı qohumu ilk dozanı 26 iyun 2021-ci ildə alıb. Ancaq hər üçünə COVID-19 diaqnozu qoyulub. Ölən həyat yoldaşlarının bir qızı qalıb.

"Bu insanlar inkubasiya dövrü zamanı, iyunun 26 -da peyvəndin ilk dozasını alıb. Həmçinin, şəkərli diabetdən əziyyət çəkirdilər, hemodializdə idilər", - deyə mənbə izah edib.

Mənbə deyib ki, həmin insanların ölümü çox güman ki, peyvəndlə deyil, COVID-19 ilə əlaqəlidir. Agentliyin yazdığına görə, Krasnodarda yoxlama başlayıb.//publika



REKLAM