sehiyye.info

Azərbaycanda dəhşətli hadisə - Bir ailənin 2 üzvü öldü, xəsarət alanlar var

Azərbaycanda dəhşətli hadisə - Bir ailənin 2 üzvü öldü, xəsarət alanlar var
Salyanda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.
Sehiyye.info xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisində qeydə alınıb.

Həmin ərazidə baş verən yol qəzasında bir ailənin 5 üzvü - Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Z.Məmmədova və T. Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.



REKLAM