sehiyye.info

Şok olay: qadın və üç oğlu koronadan öldü

Şok olay: qadın və üç oğlu koronadan öldü
Amerikalı Antuanetta Franklin və üç oğlu Yeni Orleanda koronavirus səbəbindən dünyasını dəyişib.

Sehiyye.info xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, onların 4-ü də martın 20-dən 30-dək olan müddətdə vəfat edib. Franklin ölüm anında 86, oğulları German, Timoti və Entoni isə müvafiq olaraq 71, 61 və 58 yaşlarında idilər. Ölənlərin hamısına koronavirus infeksiyası diaqnozu qoyulub.

“Mən istəyirəm, dünya bilsin ki, Franklin ailəsinin başına gələn bu faciə istənilən digər ailənin başına gələ bilər”, – deyə Entoni Franklinin həyat yoldaşı bildirib.

O, koronavirusla bağlı situasiyaya mümkün qədər ciddi yanaşmağa çağırıb.Teleqraf.com



REKLAM