sehiyye.info

İstidə alkoqol qəbul etdikdə BƏDƏNDƏ NƏ BAŞ VERİR?

İstidə alkoqol qəbul etdikdə BƏDƏNDƏ NƏ BAŞ VERİR?
İsti havalarda akloqol qəbul etmək bədən hərarətini daha da artırır.

Publika.az xəbər verir ki, bu, bir çox fəsadlara səbəb ola bilər. Əlbəttə ki, yay aylarında spritli içkiləri qadağan etmək olmaz, amma bilməli olduğunuz vacib nüanslar var. Birincisi, alkoqolun təsiri nəticəsində sizə daha da isti olacaq. Alkoqol damargenəldici vasitədir. Bu qan dövranını artıraraq bədəni qızdırır. Və bu o deməkdir ki, əgər alkoqollu içki içmisinizsə, isinmək şansınız daha çoxdur.

Alqokol həm də sidikqovuvu vasitədir və mayenin orqanizmdən atılmasını təmin edir. Bu, isə o deməkdir ki, nəm balansı pozulan dəri qurumağa və qırışmağa başlayır. Və bu həmçinin böyrəklərə əlavə yüklənmədir. Üstəlik idmanla məşğulsunuzsa, bütün səyləriniz boşa gedəcək. Əgər yay aylarında hələ də alkoqollu içkilərə üstülük verirsinizsə, aşağıdakı tövsiyələrə nəzər salmağa dəyər:

Daha çox su içməyi unutmayın.

İdmanla məşğul olduğunuz günlərdə alkoqol qəbul etməyin.

Əgər hansısa məqamda başgicəllənmə, ürəkbulanma və narahatçılıq hiss etməyə başlamısınızsa, dərhal evə gedin və mümkün qədər çox su için.



REKLAM