Dünyada 2 milyard 660 milyon dozadan çox COVID-19 peyvəndi istifadə olunub
Dünyada istifadə olunan COVID-19 peyvəndlərinin sayı 2 milyard 660 milyonu keçib.
Sehiyye.info "Ourworldindata.org"a istinadla xəbər verir ki, Çin 1 milyard 30 milyon doza ilə 1-ci sıradadır. Siyahını 317 milyon 970 min doza ilə ABŞ, 280 milyon 26 min doza ilə Hindistan, 86 milyon 960 min doza ilə Braziliya, 74 milyon 300 min doza ilə İngiltərə, 66 milyon 450 min doza ilə Almaniya, 48 milyon 210 min doza ilə Fransa, 46 milyon 20 min doza ilə İtaliya davam etdirir.//yeniavaz