sehiyye.info

Bu peyvəndin 70 milyon dozası “brak” ola bilər

Bu peyvəndin 70 milyon dozası “brak” ola bilər
Koronavirusa qarşı nəzərdə tutulan Johnson & Johnson peyvəndinin 70 milyon dozası yararsız ola bilər.

Sehiyye.info bildirir ki, bu haqda “The New York Tumes” öz mənbələrinə istinadla məlumat yayıb.

Söhbət ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Emergent BioSolutions zavodunda istehsal olunan peyvənddən gedir. Maraqlıdır ki, burada Amerika peyvəndindən əlavə, İngiltərə-İsveç şirkəti “AstraZeneca”nın da preparatları istehsal edilir.

Xatırladaq ki, aprel ayının əvvəlində Baltimordakı bir Amerika şirkətinin zavodunun işçilərinin iki istehsalçının dərman komponentlərini qarışdırarkən səhv etməsi səbəbindən 15 milyon doza Johnson & Johnson peyvəndi korlanmışdı.//lent.az



REKLAM