sehiyye.info

Korona peyvəndinin qiyməti bəlli oldu - İnanılmaz

Korona peyvəndinin qiyməti bəlli oldu - İnanılmaz
Avropa İttifaqı (Aİ) hökumətləri ingilis əczaçılıq şirkəti “AstraZeneca”ya 300 milyon doza koronavirusu peyvəndi üçün 750 milyon avro (843.1 milyon dollar) ödəyəcək.

Sehiyye.info xəbər verir ki, bir peyvəndin qiyməti 2,5 avro olacaq.

İtaliya Səhiyyə Nazirliyinin sözçüsü, müqavilə bağlayan ölkələrin peyvənddən əlavə 100 milyon doza almaq imkanlarının olduğunu açıqlayıb.

Razılaşmadan İtaliyanın payına düşən ödəniş məbləği isə 75 milyon doza üçün təxminən 185 milyon avro olacaq.

Qeyd edək ki, “AstraZeneca” əczaçılıq şirkəti ötən həftə Avropaya 400 milyon dozada koronavirus peyvəndi tədarük etmək üçün Fransa, Almaniya, İtaliya və Hollandiya tərəfindən yaradılan Konteyner Vaksinlər Alyansı (IVA) ilə müqavilə imzalamışdı.Teleqraf.com



REKLAM