sehiyye.info

ABŞ 100 milyon dozalıq COVID-19 peyvəndi üçün 1,5 milyard dollar xərcləyib

ABŞ 100 milyon dozalıq COVID-19 peyvəndi üçün 1,5 milyard dollar xərcləyib
Sehiyye.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 100 milyon dozalıq yeni tipli koronavirus peyvəndinin istehsalı və tədarükü üçün ABŞ-da yerləşən “Moderna” biotexnologiya şirkəti ilə müqavilə imzalandığını bildirib.

Tramp Ağ Evdə Kovid-19 epidemiyası ilə bağlı iclas keçirib. Tramp Kovid-19 peyvəndi almaq üçün “Moderna” biotexnologiya firması ilə müqavilə imzalandığını, müqavilənin dəyərinin 1,5 milyard dollar olduğunu bildirib. ABŞ hökuməti bundan peyvənd sınaqları üçün 955 milyon dollarlıq investisiya qoyub. Ümumilikdə indiyə qədər ABŞ Kovid-19 peyvəndi üçün 2,48 milyard dollar vəsait sərf edib.//Hurriyyet



REKLAM