sehiyye.info

Xroniki otit – Qulaqların iltihab bəlası

Xroniki otit – Qulaqların iltihab bəlası
Əgər qulaqda bir dəfə iltihabi proses olan otit yarandısa, insan uzun illər onunla mübarizə aparmalı olur. Gah itir, gah sağalır, gah da yenidən başlayır.
İrinli otitin yaranma səbəbi infeksiyalardır. Əgər vaxtında yüngül bir ağrı, irin əlaməti gördükdə, həkimə müraciət edilməsə, sonrakı proqnozlar xoş olmur.

Sehiye.info medicina.az-a istinadən bildirir ki, otit eşitmə qabiliyyətini zəiflətdiyi, hətta karlığa səbəb olduğu üçün bu funksiyanı tam bərpa etmək otiti vaxtında müalicə etməkdən asılıdır. Əgər otit xronikləşsə, iltihabi proses kəllə daxili strukturlara kimi yayılır, hətta meningit və absesə səbəb olur.

Əlamətləri:

Beynəlxaq təsnifata görə, xroniki irinli otit zamanı ən azı 2 həftə ərzində qulaqdan irin kütləsinin gəlir. Statistikaya görə, bu patologiya yer əhalisinin 2-3%-də rast gəlinir. Daha çox 18 yaşına kimi insanlarda rast gəlinir.

İrin kəlləyə kimi gedib çıxdığına, eşitməni bəzən tam pozduğuna görə otit həkimlər üçün ciddi və qorxulu xəstəliklər siyahısındadır.

Otiti stafilakokk, klebsiella, protey kimi bakteriyalar oyadır, eləcə də streptokoklar iltihabi proses verə bilər. Bəzən otiti patogen bakteriya və müxtəlif göbələklər də törədir.

Qulaq çöpü

Qulaq çöpü ilə ehtiyatsız, dərim təmizləmə zamanı barabanın tamlığı pozularsa, pərdə zədələnərsə bu zaman da iltihabi proses işə düşür.
Əgər bir insanda anedoidlər, haymorit, burunda xroniki iltihab prosesi varsa, o qulağa da keçə bilər.



REKLAM