Rusiyanın Ryazan vilayətində 50-dən çox insan qızılcaya yoluxub
Rusiya Federasiyasının Ryazan vilayətində 50-dən çox insan qızılca xəstəliyinə tutulub.
Sehiyye.info bildirir ki,AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, “Rospotrebnadzor”un Ryazan vilayəti üzrə idarəsinin məlumatında fevralın 20-dək 51 nəfərin qızılcaya tutulduğu, yoluxma hallarının 90 faizdən çoxunun fevralın 16-dan 19-dək olan dövrdə qeydə alındığı bildirilir. Xəstələnənlərin 87 faizini uşaqlar təşkil edir.
Regional idarənin mətbuat xidməti bildirir ki, yoluxma halları dini etiqadına görə immunizasiyadan imtina edərək, əhalinin peyvənd olunmayan hissəsində müəyyənləşdirilib. Hazırda vilayətdə epidemiya əleyhinə tədbirlər - xəstə ilə təmasda olan şəxslərin qızılca əleyhinə immunizasiyası, tibbi müşahidə, yoluxanların aktiv şəkildə aşkarlanması və hospitala yerləşdirilməsi, məlumat-maarifləndirmə işi həyata keçirilir.
Qızılca ümumi intoksikasiya, qızdırma, tənəffüs yolları tərəfindən kataral təzahürlər və səpkilərlə səciyyəvi olan kəskin yoluxucu xəstəlikdir. Bu xəstəliyin ağırlaşması nəticəsində otit, korluq, bronxların sətəlcəmi, boynun limfa düyünlərinin iltihabı, laringit, ensefalit kimi digər xəstəliklər əmələ gəlir. Bunlar əsasən 5 yaşınadək uşaqlar və ya 20 yaşından yuxarı böyüklər arasında geniş yayılır.