Koronavirusa qarşı vaksin araşdırmalarında son durum: 7 nümunə
Araşdırmaçıların COVID-19-a qarşı vaksin tapılması yönündə çalışmaları davam edir. Bu vaxta qədər sadəcə Rusiya sözügedən vaksini hazırladığını elan edib.
Sehiyye.info xəbər verir ki, dünyada bu sahədə daha 165 vaksin üzərində iş gedir, onlardan 31-i insanlar üzərində sınaqdan keçirilmə mərhələsinə çatıb.
Proses könüllülər üzərində vaksinlərin tətbiqindən sonra immunitetin virusa cavab reaksiyası formalaşdırmasını yoxlamaqdan və növbəti mərhələdə könüllülərin virusa yoluxub-yoluxmayacağını test etməkdən ibarətdir.
Artıq bəzi vaksin nümunələrində araşdırmalar yekun mərhələyə daxil olub. Aşağıda 7 nümunə barədə daha ətraflı məlumatı təqdim edirik:
1. Amerikan biotexnologiya şirkəti olan "Moderna" mRNT əsaslı vaksinlər üzərində çalışır. İlkin fazası mart ayından başlayan araşdırmaların ikinci fazası iyulun 27-də yekunlaşıb. Son mərhələdə ABŞ-ın 89 bölgəsindən 30 min insan klinik təcrübələrdə iştirak edib. ABŞ şirkətə təxminən 1 milyard dollar ödəyib.
2. Almaniyanın "BioNTech" şirkəti də ABŞ-ın "Pfizer" və Çinin "Fosun Pharma" şirkətləri ilə birgə mRNT əsaslı vaksin çalışmaları aparır. May-iyul ayları arasında digər mərhələləri tamamlanan araşdırmaların son fazaya daxil olduğu deyilir.
3. Çinin "CanSino" şirkəti də daha bir vaksin üzərində işləyir. İyul ayında vaksinin güclü immunitet reaksiyası doğurduğu barədə hesabat nəşr olunub. Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi avqustda bu şirkətin ölkədə apardığı araşdırmaların 3-cü mərhələsinin sona çatdığını açıqlayıb.//report