Görmə qabiliyyətinin tam bərpa olunmasının yolu tapılıb - FOTO
Avstraliyanın Monaş Universitetinin alimləri kor insanların görmə qabiliyyətini tamamilə bərpa etməyin yolunu aşkarlayıblar.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Yeni üsula əsasən insana xüsusi implant – bionik göz yerləşdirilir.
Yeni sistem “Gennaris” adlanır. O, tor qişadan beynin görmə mərkəzinə göndərilən siqnalları bloklayan zədələnmiş görmə sinirlərini ötüb keçə biləcək.
Alimlər yeni tərtibatın perspektivliyinə nikbin baxırlar. //Oxu.az