sehiyye.info

Komarovski: “Psixoterapiya üçün daha faydalıdır”

Komarovski: “Psixoterapiya üçün daha faydalıdır”
Tanınmış həkim və televiziya aparıcısı Yevgeni Komarovski bildirib ki, qaragilə psixoterapiyada istifadə olunur, görmə problemlərində isə giləmeyvə gücsüzdür.

Sehiyye.info xəbər verir ki, həkim bu barədə instaqramda canlı yayımda deyib. Mütəxəssis qeyd edib ki, qaragilə tərkibli preparatların əksəriyyəti dərman deyil, bioloji aktiv əlavələrdir.

“Qaragilənin faydası xüsusilə psixoterapiyaya ehtiyacı olan xəstələr üçün daha çoxdur. Görmə qabiliyyətini bu meyvə ilə yaxşılaşdırmaq demək olar ki, mümkün deyil”, - Komarovski qeyd edib.

Eyni zamanda, həkim yaxşı qidalanma, yuxu, sevgi və pozitiv əhval-ruhiyyənin görmə qabiliyyətini qorumağa kömək etdiyini xatırladıb.Publika.az



REKLAM