Görmə qabiliyyətini 100% yaxşılaşdıran 8 ÜSUL
Hər birimiz demək olar ki, bütün gün qarşımızdakı monitora baxır, kitab oxuyur və bununla göz əzələlərini tənbəlləşdiririk. Müasir miyopiya məhz belə inkişaf edir. Bu da qocalıqda ağır yükə çevrilir. Yaxşı görmə üçün eynək istifadə etməklə vəziyyəti daha da ağırlaşdırırsınız. Əgər göz əzələlərindən istifadə etməsəniz, onda görməniz zəifləyəcək.
Müvafiq olaraq prosesi tərsinə çevirmək üçün göz əzələlərindən tez-tez istifadə etmək və daim tonusda saxlamaq lazımdır. Həkimlərin sözlərinə görə, monitorla işləyən hər kəs hər 3 dəqiqədən bir 10 saniyə diqqəti çəkməli və uzaq məsafəyə baxmalıdır. Sonra gözləri qırpıb yenidən uzaq məsafədəki bir nöqtəyə baxın.
Sehiyye.info xəbər verir ki, bunun üçün 8 təsirli yol var:
1. Bu məşqləri hər gün növbə ilə edin.
2. Eynək taxırsınızsa, gün ərzində eynəkdən istifadəni tədricən azaldın. Eynəyi tez-tez çıxarın. Göz əzələlərini yenidən müstəqil işləməyə alışdırın.
3. Gözlərinizi yumşaq dairəvi hərəkətlərlə masaj edin. Nümunə üçün aşağıdakı şəkil təqdim olunur. Tənbəl olmayın.
4. Açıq havada gəzinti zamanı ayağınızın altına deyil, daha çox uzaq məsafəyə baxmağa çalışın. Bu, əzələlərin əvvəlki formasına qaytarılmasına kömək edəcək.
5. Yerkökü suyu için və yerkökü yeyin.
6. Gözlərin yorulduğunu hiss edəndə onları isti su ilə yuyun.
7. Yatmazdan ən azı iki saat əvvəl kompüter, smartfon və ya televizor ekranlarına baxmayın.
8. Hindistanlıların "Trataka" məşqini yerinə yetirin. Bu məşq gözləri və fikri bir nöqtədə cəmləməyi öyrədəcək. Məşqin məqsədi - göz yorulmazdan əvvəl qeyri-müəyyən bir obyektin aydın görüntüsünə nail olmaqdır.Publika.az