sehiyye.info

Sentyabr gəldi, balıq mövsümü başladı - Ürəyə də xeyirdir, cana da...

Sentyabr gəldi, balıq mövsümü başladı - Ürəyə də xeyirdir, cana da...
Azərbaycanda balıq ovuna tətbiq edilən moratoriumun müddəti bitir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2020-ci il tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir:

"Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Su Nəqliyyatında Polis İdarəsi ilə birgə sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə etməlidirlər. Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı “ASAN Xidmət" Mərkəzinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidir. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır".

Sentyabr balıq sevənlərin həvəslə gözlədikləri aydır desək, yanılmarıq. Balıq ətinin tərkibindəki zülal, D vitamini, fosfor və kalsium kimi maddələr insan orqanizmi üçün çox xeyirlidir. Tez-tez balıq əti yeyən adamlarda iflic və ürək çatışmazlığı baş verməsi faizi olduqca aşağıdır. Bəs niyə bu xeyirli balıq ətini may ayından avqustadək, yəni 4 ay müddətində yemək məsləhət bilinmir?
Sentyabr gəldi, balıq mövsümü başladı - Ürəyə də xeyirdir, cana da...
Çoxları bunu balıqların kürü tökmə dövrü ilə əlaqələndirir. Digər qrup insanlar isə yay aylarında balığın tez keyfiyyətdən düşməsi və insan orqanizminə ziyan verə biləcəyini deyir. Balıqçılar isə tamam başqa fikirdədir. Onlar deyir fərqi yoxdur. Yay, ya qış. Balıq təzədirsə, həmişə yemək olar. Balıqçıların sözlərinə görə, yay aylarında da balıq ovlanılır və dadına görə heç də digər aylarda tutulanlardan geri qalmır. Amma isti havada balıq ovlamaq kütləvi qırğın hesab edilir.

Balıq satan şəxslər isə yalnız nərəkimilər sinfinə aid olan balıq növlərinin kiçik ölçüdə olanlarını və kürüləmə dövründə ovlananlarını yeməyi tövsiyə etmir. Belə balıqlar hətta zəhərlənməyə də səbəb ola bilər.
Sentyabr gəldi, balıq mövsümü başladı - Ürəyə də xeyirdir, cana da...
Bu aylarda balıqlar kürü tökmək üçün dənizdən çaylara axın edir. Həvəskar balıqçılar da məhz bu fürsətdən yetərincə yararlanmaq üçün çayların dənizə birləşən hissələrində balıq ovu ilə məşğul olur. Və bu zaman təqvim aylarındakı "r" hərfi haqqında heç düşünmürlər də. Deyilənə görə, "r" hərfi olmayan aylarda balıq yemək olmaz. Bu, nə dərəcədə həqiqəti əks etdirir? Ancaq peşəkar balıqçılar deyirlər ki, balığı ilin 12 ayında yemək olar.

Sadəcə, "r" hərfi olmayan isti yay aylarında balığı təzə-təzə, tutan kimi yemək lazımdır. Bu deyim balıqların kürü qoyması ilə əlaqədardır. Bəzi balıqlar isti aylarda kürü qoyduğu üçün, onları ovlamaq düzgün hesab edilmir.

Məsələn, çəki balığı yay aylarında kürü qoyur. Kürü qoymayan balıqlardan kütüm balığını istehlak etmək olar. Balığı buzlu şəkildə satan yerlərdən almaq, yaxud soyuducuda bağlı şəraitdə olan balıqları alıb istehlak etmək lazımdır.



REKLAM