Xərçəngdən qoruyan yemək-balıq...
Həftədə 3 pors balıq yemək insanı mədə-bağırsaq xərçəngindən əhəmiyyətli dərəcədə qoruya bilir.
Sehiyye.info xəbər verir ki, bu barədə məlumatı Xərçəngin Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz yayıb. Məlumata görə, araşdırma 15 il sürüb və 500 minə yaxın insan iştirak edib.
Balıq istifadə edənlərin digərlərinə nisbətən xərçəngə yoluxma riskinin 12 faiz az olduğu üzə çıxıb. Həftədə 3 dəfə balıq yeyənlərdə isə bu risk daha azdır.
Bu, əsasən balığın tərkibindəki “Omeqa-3”lə əlaqələndirilir.
Bundan başqa balıq yemək həm də ürək-damar xəstəliklərindən qoruyucu təsir göstərir. Əsəb sistemini sakitləşdirir.( Cebhe.info)