Gömrük Hospitalı fəaliyyətini nə vaxt bərpa edir?
Mərkəzi Gömrük Hospitalı sentyabrın 1-dən etibarən fəaliyyətini bərpa edərək gömrükçülərə və əhaliyə tibbi xidmət göstərməyə başlayır.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, Mərkəzi Gömrük Hospitalında tətbiq olunan yüksək tibbi texnologiyalar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir.
Dünya şöhrətli istehsalçıların müasir tibbi avadanlıqları ilə təmin olunmuş hospitalda Azərbaycanın yüksək ixtisaslı mütəxəssisləri, ən tanınmış həkimləri çalışır. Hospitalın laboratoriya, təcili yardım və stasionar şöbələri 7/24 saat fəaliyyət göstərir.