sehiyye.info

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Mərkəzi Gömrük Hospitalının əməkdaşı Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sehiyye.info"Report"a istinadən bildirir ki,, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib. Həbsdə olan Mərkəzi Gömrük Hospitalının əməkdaşı F.Məmmədli və digər şəxslər məhkəmə zalından azadlığa buraxılıb.



REKLAM