Almanın möhtəşəm faydası
Alma meyvələr arasında ən xeyirlisi sayılır.Atalar misalı var :"Gündə bir alma yeyən qocalmaz,iki alma yeyən xəstələnməz,üç alma yeyən ölməz.
Hazırda Azərbaycanda almanın bazarlarda müxtəlif növləri var.Payız almalarından fərqli olsa da,yay almaları da vitaminlərlə zəngindir.
Alimlər aşkar ediblər ki, almanın tərkibində olan antioksidantlar osteoklast hüceyrələrin mənfi təsirini azaldır
Onurğa sütunu ilə problemləri olan insanlar mütləq alma yeməlidir.
Sehiyye.info xəbər verir ki, almanın tərkibində olan bəzi spesifik maddələr sümük toxumasını möhkəm və sağlam edir, onurğanı degenerativ proseslərdən qoruyur, osteoporozun qarşısını alır.
Alimlər aşkar ediblər ki, almanın tərkibində olan antioksidantlar osteoklast hüceyrələrin mənfi təsirini azaldır. Osteoklast hüceyrələri sümük toxumasının dağılmasını sürətləndirir. Bu hüceyrələr çoxdursa sümük toxuması bərpa olunmağa çatdırmır ki, zəifləməyə başlayır.
Likopin, flavonoidlər və resveratrolla zəngin olan meyvə və tərəvəzlər də sümük toxumasını daha möhkəm edir. Bu məhsullar arasında pomidor, balqabaq, bibər, kök, üzüm, qırmızı şərab (gündə 1 bokaldan çox olmayaraq), sitrus meyvələri, qoz-fındıq və s. var.
Bundan əlavə kalsiumla zəngin olan süd məhsulları da sümüklər üçün faydalıdır.
Osteoporoz xəstəliyi zamanı sümüklərin mineral sıxlığı azalır ki, bu da sümük və onurğa sütunu xəstəliklərinə, müxtəlif travmaların riskinin artmasına səbəb olur. Statistikaya görə, dünyada orta hesabla 50 yaşdan sonra hər ikinci qadın və hər beşinci kişi osteoporozdan əziyyət çəkir.