sehiyye.info

Alma cemini belə hazırlayın - Usta öz sirlərini açır:

Alma cemini belə hazırlayın - Usta öz sirlərini açır:
Payız gəlib,alma çeşidləri bazar .dükanlarda piştaxtaları bəzəyir.Hamının sevdiyi şirniyyatların əksəriyyətində alma cemindən istifadə olunur.Bundan başqa,uşaqlarınızı səhər yeməyində dadlı və faydalı Alma cemi ilə sevindirin.Alma ceminin hazırlanması o qədər də çətin deyil.Bir dəfə özünüzü sınayın.
Tərkibi:
2 kq alma
1,4 kq şəkər tozu
1 l su
Hazırlanma qaydası:
Almaları yuyub, qabığını və içərisini təmizləyin. Bişirəcəyiniz qaba töküb, üzərinə su əlavə edin. Zəif odda bişirin. Meyvələr yumşalan zaman, elə bişirdiyiniz qabın içərisində, blenderlə tam əzib, püre halına gətirin. Sonra üzərinə şəkər tozu səpib, zəif odda bişirməyə davam edin. Kütləni tez-tez qarışdırın ki, dibi yanmasın. cem tam qatılaşan kimi ocaqdan götürün. Şüşə qablara töküb, ağzıbağlı şəkildə soyuducuda saxlayın.

Alma ceminı günün istənilən vaxtında çay süfrəsinə təqdim edə bilərsiniz.

Nuş olsun!



REKLAM