sehiyye.info

Ayaq qoxusunu bir anda yox edən MÖHTƏŞƏM ÜSUL

Ayaq qoxusunu bir anda yox edən MÖHTƏŞƏM ÜSUL
Alma sirkəsinin bakteriya ilə mübarizədə əvəzsiz rolu var.

Sehiyye.info xəbər verir ki, həkimlərin sözlərinə görə, alma sirkəsindən sağlamlığın qorunması və bəzi problemlərin aradan qaldırılması üçün istifadə etmək faydalıdır.

2 stəkan suya yarım stəkan alma sirkəsi əlavə edib, ağzınızı yaxalayın. Bu, ağızdakı bakteriyaların məhv edilməsinə müsbət təsir göstərir. Alma sirkəsindən saçdakı ölmüş hüceyrələri aradan qaldırmaq üçün də istifadə etmək olar. Bir neçə həftədən sonra saçdakı kəpəyin yoxa çıxdığının şahidi olacaqsınız.

Bunun üçün alma sirkəsini 15 dəqiqə saçda saxlamaq lazımdır. Alma sirkəsi bakteriyalarla uğurlu mübarizə apardığından, onun ayaqlardakı qoxunun aradan qaldırılmasında da rolu çox böyükdür. Salfeti sirkə ilə isladıb, bir neçə saat soyuducuda saxlayın. Daha sonra salfeti ayağınıza sürtün. Bununla da ayaqdakı xoşagəlməz qoxu aradan qalxacaq.



REKLAM