sehiyye.info

Dubay hökmdarının xanımı 40 milyon dollar götürüb ölkədən qaçdı

Dubay hökmdarının xanımı 40 milyon dollar götürüb ölkədən qaçdı
Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biri olan Haya bint əl-Hüseynin ölkədən qaçdığı iddia olunur.

Sehiyye.info xəbər verir ki, dubaylı milyarderin xanımı 31 milyon funt-sterlinq (təxminən 40 milyon dollar) götürərək Londona qaçıb.

Ona qaçmaqda kömək edən şəxsin almaniyalı diplomat olduğu deyilir. Təsdiq olunmamış məlumatda bildirilir ki, o, 7 yaşlı oğlu Zayed və 11 yaşlı qızı Əl-Calilanı da özü ilə aparıb.

Qeyd edək ki, Haya bint əl-Hüseyn İordaniya kralı I Hüseynin qızıdır. O, Şeyx Məhəmməd bin Rəşid ilə 2004-cü ilə ailə qurub. Şeyx Məhəmməd bin Rəşid əl-Maktum isə Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziridir. Onun 9 milyard dollarlıq sərvətə sahib olduğu deyilir. (milli.az)



REKLAM