Türk şirkəti koronavirus peyvəndinin sınaqlarına başladı
Türkiyənin "BioNTec" dərman şirkəti potensial COVID-19 peyvəndi üçün daha bir addım atıb.
Sehiyye.info xəbər verir ki, Almaniyada türk elm adamı Uğur Şahinin qurucusu və ortağı olduğu biotexnologiya firması peyvəndin kliniki sınaqlarına başlayıb.
ABŞ-ın "Pfizer" dərman şirkəti ilə ortaq ərsəyə gətirilən BNT162 adlı potensial peyvəndin kliniki sınaqları çərçivəsində 12 könüllü iştirakçıya 1-100 arası mikroqram peyvənd vurulub. Sınaqların ilk 2 mərhələsində 18-55 yaşlı 200 sağlam insana peyvənd vurulması nəzərdə tutulub.
Şirkət növbəti sınaqları ABŞ-da keçirməyi planlaşdırır.