Yayda idman edərkən bu 5 səhvi təkrarlamayın
Yay mövasümündə insanlar idmana daha çox üstünlük verirlər. Buna səbəb isə çimərlikdə ideal bədən quruluşu nümayiş etdirməkdir. Bir çoxları isə yayda açıq havada idman etməyə üstünlük verir.
Sehiyye.info xarici KİV-ə istinadən xəbər verir ki, isti havada idman edərkən diqqətli olmaq lazımdır. Bu, diz, onurğa çıxıqları, bel yırtığı kimi problemlərin yaranmasına səbəb ola bilər.
İsti havada idman edərkən bu 5 qaydaya mütləq əməl edin:
Az su içmək
Yay mövsümündə isti və nəmli hava bədənin su itirməsi artır. Bunun üçün də bədəndəki tənzimləmələr pozulur. Su çatışmazlığı orqanizimdə bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Sümük incəlir, həssaslaşır və tez sınma riski artır. Çalışın idmanı günəşin daha az təsirli olduğu saatlarda edin, yanınıza su qoyun. 1 saat idman edirsinizsə, ən az 2 litr su için.
Yanlış ayaqqabı
İdmanın hansı növünü edirsinizsə edin ayaqqabınız idman tərzində olmalıdır. Əslində bu vəziyyət tək yay yox, qışda da önəmlidir. Çünki narahat və yanlış ayaqqabı bir çox problemlər yaradacaq. Bu, ayağınızda ağrılara, ağsamağa gətirib çıxara bilər. Bir də çalışın ayaqqabı tərləməsin.
Əzələlərə qəfil yüklənmə etmək
Karantin günlərində hər kəs istər-istəməz az da olsa çəki alıb. Bədən xamlayıb, əzələlər əvvəlki aktivliyini itirib. Əgər qəfildən ağır idmana başlasanız, bu zaman əzələlərinizdə ciddi ağrılar başlayacaq. Bundan başqa isə bel yırtığı kimi bir problemlə qarşılaşa bilərsiniz. Çalışın idmanı məşqçinizin məsləhəti və hazırlayacağı proqramla edin. Ən əsası isə ilk 15 dəqiqə əzələlərinizi açma hərəkətləri edin.
Qəfil hərəkətlərə imkan verməyin
Ən əsası da üzməyə üstünlük verənlər tullanmağı ağıllarına keçirməsinlər. Tez hərəkət etməyin. Bu, dizdə ağrılara, qıcolmalara gətirib çıxaracaq.
Suya başı üstə tullanmaq
Yay mövsümü deyəndə ağlımıza ilk olaraq dəniz, hovuz gəlir. Üzmək ortepidiya məqsədilə ən yaxşı reabilitasiyadır. Amma suya başıüstə atdanmaq bir çox problemlərə səbəb olur. Məsələn, bel, boyun ağrıları, boyunun ömürlük zədələnməsi, tez-tez spazmaların tutmasına gətirib çıxarar.
Yayda eyni zamanda çimərlikdə valeybol, futbol, tenis kimi idman növlərinə üstünlük verilir. Əgər bunu qəfildən və həddindən çox etsəniz çiyninizdə ağrılar yaranacaq.//Axsam.az