sehiyye.info

Açıq havada idman yarışları keçirilməsinə icazə verilə bilər - Qərargah

Açıq havada idman yarışları keçirilməsinə icazə verilə bilər - Qərargah
“Sarı zona”da kənd təsərrüfatı ilə məşğul olan şəxslərin hərəkəti sərbəstdir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, müvafiq arayışla “narıncı zona”da kənd təsərrüfatı ilə məşğul olanlar sərbəst hərəkət edirlər: “Yaxın qohumları vəfat edənlər “narıncı zona”dan “sarı zona”ya, “sarı zona”dan isə “narıncı zona”ya hərəkət edə bilər”.

İ. Məmmədov qeyd edib ki, növbəti mərhələdə “Mall”ların açılması mümkündür: “Açıq havada idman yarışlarının keçirilməsi də müzakirə olunur. Maskaların taxılması açıq havada tövsiyə olunur, qapalı məkanlarda isə maskalar məcburidir. Cərimə məsələsi də müzakirə olunur”.



REKLAM