Qanın tərkibində hemoqlobini artıran 10 ƏRZAQ — SİYAHI
Qanın tərkibində hemoqlobinin miqdarının azalmasına müəyyən faktorlar səbəb ola bilər. Hemoqlobinin miqdarını müxtəlif üsullarla artırmaq mümkündür. Ən yaxşı üsul isə müəyyən ərzaqlardan istifadə etməkdir.
Sehiyye.info bu ərzaqların siyahısını təqdim edir.
1. Qaraciyər
İstənilən heyvanın və toyuğun qaraciyəri dəmirlə zəngindir. Hemoqlobin azlığından əziyyət çəkən insanlar gündəlik menyularına qaraciyər daxil etməlidilər. Qaraciyəri ya qaynadıb, ya da yüngülvari qızardıb yemək lazımdır.
2. Ət
Hemoqlobinin miqdarını bərpa etmək və zəifləmiş orqanizmi dirçəltmək üçün ət çox vacib qidadır. Ətin tərkibində dəmir və zülalın miqdarı kifayət qədərdir və hüceyrələrə normaya qədər bərpa olunmaya kömək edir. Bitki tərkibli qidaların tərkibində bu göstəricilər 4 dəfə azdır.
3. Nar
Müntəzəm olaraq nar yemək hemoqlobinin səviyyəsini normada saxlamağa kömək edir. Nar şirəsi isə hemoqlobinin səviyyəsini artırmağa şərait yaradır. Nar şirəsini dükandan almaq lazım deyil. Narı sıxıb suyunu içmək daha faydalıdır. Mədə problemi olan şəxslərə isə nar məsləhət deyil.
4. Çuğundur
Əgər orqanizmdə dəmir azlığı varsa, çiy və qaynadılmış çuğundurdan istifadə edin. Ay ərzində 30 qram çuğundur şirəsi, 100 qram qaynadılmış çuğundur hemoqlobin miqdarını kifayət qədər artırır. Çuğundurun şirəsini 40 dəqiqə soyuducuda saxlayıb sonra qəbul etmək lazımdır.
5. Buğda kəpəyi
100 qram buğda kəpəyinin tərkibində 15 ml dəmir, B qrupu vitaminləri var. Bu vitaminlər isə hemoqlobin sintezində iştirak edir. Amma bu qidanı da həddən artıq istifadə etmək həzm sisteminin problemlərinə səbəb ola bilər. Bu səbəbdən gün ərzində 30 qramdan çox istifadə etmək məsləhət görülmür.
6. Dəniz məhsulları
Kalmar, molyusk, krevet, balıq kürüsü qanın tərkibində hemoqlobini normallaşdırmağa kömək edir. Məsələn, 100 qram molyuskun tərkibində 30 ml dəmir var.
7. Dəniz kələmi
100 qram dəniz kələminin tərkibində 12 ml dəmir var və bu dəmir orqanizm tərəfindən yaxşı əmilir. Hemoqlobini normada saxlamaq üçün 2-3 çay qaşığı dəniz kələmi qəbul etmək kifayətdir.
8. Qoz
Qozun tərkibində kalium, maqnium, kobalt və dəmir kimi vitaminlər var. Zəifləmiş orqanizmi möhkəmləndirmək üçün faydalı sayılır. Gün ərzində 20 qram qoz yemək kifayət edir. Qozu kişmişlə qəbul etmək hemoqlobin üçün çox faydalıdır.
9. Qarabaşaq yarması
Səhər qəhvəaltısında qarabaşaq yemək hemoqlobini artıra bilər. Qarabaşağın tərkibində foli turşusu olsa da, qaynadılma zamanı bu vitamin dağılır və orqanizm ancaq faydalı qidalar qəbul edir.
10. Halva
Halvanın tərkibində dəmirin miqdarı çoxdur və bu da hemoqlobinin səviyyəsinə təsir edir. Məsələn, 100 qram küncüt halvasının tərkibində 50 ml dəmir var. 100 qram günəbaxan halvasının tərkibində isə 33 ml dəmir var.
Yuxarıda sadalanan qidalardan başqa, yemiş, qarpız, banan, yerkökü, alma, gicitkən, göbələk, süd, qaymaq, kərə yağı və s. ərzaqlar da hemoqlobini artıra bilər.//Ölkə.Az