sehiyye.info

Dəmir sağlamlığı: Anemiya haqqında bunları BİLMƏK VACİBDİR

Dəmir sağlamlığı: Anemiya haqqında bunları BİLMƏK VACİBDİR
Aristokratik ağ dəri təkcə qürur predmeti deyil, narahatlıq üçün də səbəb ola bilər - bu anemiyanın təzahürlərindən biridir.

Sehiyye.info Publika.aza istinadən bildirir ki, oxucuları qan azlığının əsas əlamətləri və müalicə üsulları ilə tanış edir.

Anemiya qanda hemoqlobinin konsentrasiyasının azalmasıdır. Bu, iş qabiliyyətinin azalmasına və əhval-ruhiyyənin pisləşməsinə səbəb olur - lakin dəyişikliklər o qədər yavaş gedir ki, insanlar çox vaxt bunun fərqinə varmır. Rusiyanın özəl xəstəxanalarından birinin laboratoriyasının baş həkimi Rimma Boyarskaya xroniki yorğunluğun əlamətlərini sadalayıb:

"Anemiya ümumi vəziyyətdir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünya əhalisinin təxminən dörddə biri - 1.62 milyard insan qan azlığından əziyyət çəkir. Anemiyanın inkişafı bədənin orqan və toxumalarını oksigen ilə təmin edən qırmızı qan hüceyrələrinin pozulmasına səbəb olan müxtəlif proseslərə əsaslanır.

Qan azlığı ekstermal vəziyyətlərlə bağlı deyil, yavaş-yavaş inkişaf edir, bir qayda olaraq buna dəmir çatışmazlığı təsir edir. Bu element hemoqlobin zülalının əmələ gəlməsi üçün lazımdır - qırmızı qan hüceyrələrinin bir hissəsidir və oksigen molekulları ona "yapışır". Hemoqlobin səviyyəsi aşağı olarsa, normal sayda qırmızı qan hüceyrəsi də qaz mübadiləsini lazımı səviyyədə saxlaya bilməyəcək. Anemiyanın digər ümumi səbəbi B qrupu vitaminlərinin, ilk növbədə siyanobolamin (B12) və fol turşusu (B9) çatışmazlığıdır. Bütün bu maddələr bədən tərəfindən sintez edilmir və əgər rasion tənzimlənibsə, qida ilə qəbul edilir.

Mal əti və qaraciyəri dəmirlə zəngindir. Vegeterianlar brokoli, qarabaşaq yarması, təzə yaşıl lobya, yulaf, düyü və buğda kəpəyi, küncüt, qoz-fındıq və ədviyyatlara üstünlük verməlidir. Əsas odur ki, həkim resepti olmadan tərkibində dəmir olan həbləri qəbul etməyin. Bu maddə normal hemoqlobin səviyyəsini qorumaq üçün qaraciyərdə və əzələ toxumasında yığılır (yəni gələcək üçün saxlanılır), lakin dəmirin artıq olması onların fəaliyyətinin pozulmasına səbəb ola bilər.

B 12 Vitamininin əsas mənbəyi balıq, ət, qaraciyər, süd, yağlı qatıq, ikra və s. bu kimi heyvan mənşəli məhsullardır. B12 vitaminini sadəcə bitkilər vasitəsilə qəbul etmək qeyri-mümkündür. Odur ki, sərt vegeterian və veqanların tez-tez müayinədən keçməsi vacibdir, çatışmazlıq varsa, sintetik həb əlavələri qəbul etmək lazım olacaq. B12 defisiti sadəcə anemiyaya gətirib çıxarmır, eyni zamanda əsəb pozuntusuna səbəb olur.

Fol turşusu bitkilərin tərkibində daha çoxdur: ispanaq, göyərti, pomidor, yaşıl noxud. Onları tər halda yemək daha faydalıdır. Mal qaraciyərinin də tərkibində fol turşusu var. Alkoqoldan imtina etmək yaxşıdır: maddələr mübadiləsi prosesində bütün B vitaminləri ifraz olunur.

Dəmir və digər maddələr lazımı miqdarda qəbul edilsə belə, sağlamlıq problemləri varsa, vitaminlər bədən tərəfindən sovrulmaya bilər. Mədə-bağırsaq traktının pozulması buna misal ola bilər. Helmintik infeksiyalar, onkoloji xəstəliklər, ağır infeksiyalar, alkoqol istifadəsi və intoksikasiya qida çatışmazlığı anemiyaya səbəb ola bilər".

Daha sonra mütəxəssis anemiyanın əlamətlərini belə sadalayıb:

Qan azlığının əsas simptonmarı bunlardır: daimi yorğunluq hissi, diqqət pozuntusu, pis-əhval ruhiyyə. Lakin biz bu əlamətləri gündəlik stresslə əlaqələndirdiyimiz üçün onlara ciddi yanaşmırıq.

Digər təzahürlər

Solğunluq. Bu sadəcə dəriyə aid edilmir, həm də dodaqlara, göz qapağının daxili səthinə aiddir.

Quru və qabıqvermiş dəri

Dodaqların künclərindəki çatlar

Quru və solğun saçlar

Kövrək dırnaqlar

Zəif məşqlərə dözümsüzlük, təngənəfəslik, ürəkbulanma

Baş ağrısı, yuxu pozuntusu



REKLAM