sehiyye.info

Koronavirus xərçəng yarada bilər - Həkim

Koronavirus xərçəng yarada bilər - Həkim
COVİD-19 insan orqanizmində xərçəng xəstəliyi yarada bilər.

Sehiyye.info Oxu.az-a istinadən xəbər verir ki, bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

Ə.Məmmədovun sözlərinə görə, virus özünü daha çox üç istiqamətdə büruzə verir:

“Əsas üç istiqamətdən biri insan orqanizmində oksigen təchizatının sürətlə azalmasıdır. İkinci istiqamət orqanizmin hormonal və immun sistemində pozuntular, üçüncü isə insan hüceyrəsinin genomunda reparasiya və mutasiyaların baş verməsidir. Baş verən mutasiyalar isə gələcəkdə xərçəng xəstəliyinin yaranmasına gətirib çıxara bilər”.

O bildirib ki, boğulmaların əsas səbəbi qanda hemoqlobin zülalının azalmasıdır:

“Bilirik ki, orqanizmdə oksigen daşıyıcısı qanın tərkibində olan hemoqlobin zülalıdır. Onun tərkibində dörd dəmir atomu yerləşir. Ağciyərlərdə qaz mübadiləsi zamanı karbon qazı xaric olunarkən oksigen dəmir atomlarına birləşir.

Virus isə birinci olaraq hemoqlobinin tərkibindəki dəmir atomlarını sıradan çıxarır və nəticədə, porfirin əmələ gəlir. Virusun tərkibində olan müəyyən maddələr porfirin ilə birləşir. Bu vəziyyətdə oksigen hemoqlobinin tərkibində qalan dəmirlə birləşə bilmir. Nəticədə, hemoqlobin oksigeni ağciyərlərdən hüceyrələrə daşıya bilmir və insanda boğulma yaranır.

Oksigen orqanlara çatdırıla bilmədiyi üçün insan həyat uğrunda mübarizəsini dayandırır. Xəstələrin bir neçə gün içərisində dünyasını dəyişməsinin əsas səbəbi budur. Sağlam insan olsa da, qısa müddətdə gedən bu proses insanların həyatını itirməsinə səbəb ola bilir”.



REKLAM