sehiyye.info

Peyvənd koronavirusdan qoruyurmu?

Peyvənd koronavirusdan qoruyurmu?
20-26 aprel tarixləri ümumdünya səhiyyə təşkilatı tərəfindən Avropa immunlaşdırma həftəsi kimi elan olunub. Layihədən kənarda qalmayan Azərbaycanda da vaxtında peyvənddən kənarda qalmış uşaqlar peyvəndlərə dəvət olunur. Lakin ölkəmizdə əhali arasında peyvəndə münasibət birmənalı deyil. Bəziləri ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyətli olduğunu hesab edir, bir qismi isə nə olursa olsun, peyvəndi vacib sayır.


Həkim pediatr Səbinə Nurəliyeva hesab edir ki, peyvənd vacibdir və bir sıra xəstəliklərdən qorunmağın yeganə yoludur. Koronavirus infeksiyasının bizə bir dərs olduğunu deyən həkim-pediatr, bundan sonra valideynlərin bu məsələyə daha həssas yanaşacaqlarını düşünür. Onun sözlərinə görə, uşaqların sağlam olması o demək deyil ki, onlara peyvənd vurulmamalıdır. Koronavirusa qarşı peyvənd çıxsa, hər kəs uşağına bu peyvəndi vurduracaq. Çünki, hər kəs ölümləri görür. Pediatr qeyd edir ki, bu pandemiya hər kəsə dərs olmalıdır ki, uşaqlar peyvənd vasitəsilə qorunur.

Hazırda ölkəmizdə 11 infeksiyaya qarşı peyvənd olunur və anadan olandan altı yaşadək hər bir uşağa bu peyvəndlər vurulmalıdır. Lakin ölkədə peyvəndləşməni icbari edən qanun yoxdur - bu, valideynin seçiminə buraxılır.



REKLAM